Luis Araqones Türkiyədə ən çox qazanan məşqçidir
23.10.2008 - 15:14
Luis Araqones Türkiyədə ən çox qazanan məşqçidir
Bakı - APA-Sport. Türkiyədə ən çox qazanan futbol məşqçisi Luis Araqonesdir. “APA-Sport”un məlumatına görə, “Fənərbaxça”nın ispaniyalı çalışdırıcısı 1 ildə 3,1 milyon avro əldə edir. Araqonesin “sari-lacirvərdlilər”lə iki il müqavilə bağladığını nəzərə alsaq, onun Türkiyədəki qazancının 6,2 milyon avroya bərabər olduğunu söyləmək olar.

“Beşiktaş”ın yeni baş məşqçisi Mustafa Dənizli yaxın 8 ayda 1,5 milyon avroya sahib çıxacaq. Ersun Yanal da eyni məbləğdə qənimətə yiyələnəcək. Ancaq Dənizlidən fərqli, “Trabzonspor”un baş məşqçisinin müqaviləsinin müddəti 1 illikdir.

Türkiyənin ən titullu məşqçisi Fatih Terim isə həmkarlarından hələlik geri qalır. “İmperator” ləqəbli çalışdırıcıya Türkiyə yığmasına rəhbərlik etdiyi üçün indiyədək aylıq 75 min, illik isə 900 min avro verilirdi. Terim bu gün imzalayacağı yeni müqavilənin şərtlərinə əsasən, bundan sonra iki dəfə çox qazanacaq.
0