Əliyev günahsız imiş
23.10.2008 - 18:11
Əliyev günahsız imiş
Bakı. Mehman Süleymanov - APA-Sport. “Turan”ın baş məşqçisi Rasim Əliyev cəzadan canını qurtarıb. “APA-Sport”un məlumatına görə, AFFA-nın Nizam-İntizam Komitəsi bu gün keçirdiyi iclasında son turda “Karvan”la səfər oyununun 72-ci dəqiqəsində baş hakim Rasim Məmmədov tərəfindən texniki zonadan çıxarılan Tovuz klubunun çalışdırıcısının cəzalandırmamağı qərara alınıb. Oyunun videoyazısında qonaqların yerləşdiyi texniki zonanın qarşısında “Karvan”ın futbolçusunun rəqibə qarşı ard-arda kobud oynadığı, amma hakimin buna heç bir reaksiya verməməyi aşkarlanıb. Bu isə “Turan”ın baş məşqçisinin etirazına səbəb olduğundan, o, texniki zonadan kənarlaşdırılıb. Əliyev qeyri-etik ifadə və hərəkətlər etmədiyi nəzərə alınaraq, cəzalandırılmayıb.
Qeyd edək ki, baş məşqçinin haqlı çıxarılması hakimin gələcək təyinatlarına öz mənfi təsirini göstərəcək.


0