Bu da “Qalatasaray” fərqi!
24.10.2008 - 00:46
Bu da “Qalatasaray” fərqi!
Bakı. Aqşin Əliyev - APA-Sport. UEFA Kubokunun qrup mərhələsinə start verilib. “APA-Sport”un məlumatına görə, ilk tur çərçivəsində 8 qrupda 16 oyun baş tutub. Turnirin startı Türkiyə çempionu “Qalatasaray” üçün uğurlu alınıb.

“Sarı-qırmızılar” doğma meydanda Yunanıstanın ən titullu komandası “Olimpiakos”u məğlub edib - 1:0. Qarşılaşmada yeganə qola 25-ci dəqiqədə avstraliyalı yarımmüdafiəçi Harri Kyuell imza atıb. Bununla da, “Qalatasaray” oktyabrın 21-də “Fənərbaxça”nın İstanbulda “Arsenal”a 2:5 hesablı məğlubiyyətini türkiyəli azarkeşlərə qismən unutdurmuş oldu.

Qeyd edək ki, UEFA Kubokunda ikinci turun oyunları noyabrın 6-da keçiriləcək.

A qrupu

“Şalke” (Almaniya)
- PSJ (Fransa) - 3:1

“Tvente” (Hollandiya) - “Rasinq” (İspaniya) - 1:0

B qrupu

“Qalatasaray” (Türkiyə)
- “Olimpiakos” (Yunanıstan) - 1:0

“Herta” (Almaniya) - “Benfika” (Portuqaliya) - 1:1

C qrupu

“Sevilya” (İspaniya)
- “Ştutqart” (Almaniya) - 2:0

“Partizan” (Serbiya) - “Sampdoriya” (İtaliya) - 1:2

D qrupu

“Udineze” (İtaliya)
- “Tottenhem” (İngiltərə) - 2:0

“Dinamo” (Xorvatiya) - NEC (Hollandiya) - 3:2

E qrupu

“Herenven” (Hollandiya) - “Milan” (İtaliya) - 1:3

“Braqa” (Portuqaliya) - Portsmut” (İngiltərə) - 3:0

F qrupu

“Jilina” (Slovakiya) - “Hamburq” (Almaniya) - 1:2

“Aston Villa” (İngiltərə) - “Ayaks” (Hollandiya) - 2:1

G qrupu

“Kopenhagen” (Danimarka) - “Sent-Etyen” (Fransa) - 1:3

“Rusenborq” (Norveç) - “Brügge” (Belçika) - 0:0

H qrupu

MOİK (Rusiya)
- “Deportivo” (İspaniya) - 3:0

“Nansi” (Fransa) - “Feyenord” (Hollandiya) - 3:0
0