Valverde: “Qalaytasaray”a məğlubiyyəti ədalətli nəticə sayıram”
24.10.2008 - 09:53
Valverde: “Qalaytasaray”a məğlubiyyəti ədalətli nəticə sayıram”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Uduzmağımıza görə çox təəssüflənirəm. Lakin nəticənin ədalətli olduğunu düşünürəm”. “APA-Sport”un məlumatına görə, bu sözləri Yunanıstanın “Olimpiakos” klubunun baş məşqçisi Ernesto Valverde deyib. UEFA kubokunun qrup mərhələsində İstanbulda “Qalatasaray”a 0:1 hesabı ilə məğlub olan yunanların 44 yaşlı ispan çalışdırıcısı oyun sonrası mətbuat konfransında türkiyəlilərin qələbəyə layiq olduğunu etiraf edib: “Oyuna yaxşı başladıq. Qol buraxanadək bu tərzdə oynaya bildik. Matçın ilk hissəsində balanslaşmış komanda təsiri bağışlasaq da sonradan ciddi problemlər özünü göstərməyə başladı. Topa nəzarəti itirmişdik. Biz topsuz ora-bura qaçmalı olur, müdafiədə səhvlər buraxırdıq. Belə də rəqibə imkanlar yaranırdı. Yalnız oyunun sonlarında aqressivləşdik ki, bunun da sayəsində qol imkanı əldə etdik. Rəqibin Linkoln, Nonda kimi oyunçuları var. Belə futbolçuları olan komanda ilə qarşılaşmaq çox çətindir. İlk oyunda məğlub olduqdan sonra “Benfika” ilə oyun həlledici ola bilər. Həmin qarşılaşmada hökmən qalib gəlməliyik”.
0