Kyuell: “Hər matçda 4-5 qol vurmaq istəyirik”
24.10.2008 - 10:45
Kyuell: “Hər matçda 4-5 qol vurmaq istəyirik”
Bakı - APA-Sport. “İlk oyunlar hər zaman çətin keçir. Bu səbəbdən qələbə qazandığımız üçün xoşbəxtik. Komanda yoldaşlarımla qürur duyuram”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Qalatasaray”ın yarımmüdafiəçisi Harri Kyuell söyləyib.

UEFA kubokunun qrup mərhələsi çərçivəsində Yunanıstanın “Olimpiakos” klubunun qapısına vurulan yeganə qolun müəllifi olan avstraliyalı legioner daha böyük hesabla qalib gələ bilmədiklərinə görə təəssüfləndiyini bildirib: “Biz həqiqətən əla oynadıq. Hər matçda 4-5 qol vurmaq istəyirik. Amma bu dəfə ələ düşən fürsətləri dəyərləndirə bilmədik. Azarkeşlərimizə də təşəkkürümü bildirirəm. Mən həyatımda belə möhtəşəm dəstək görməmişdim”.
0