Torosidis: “Qalatasaray”la oyunda bəxtimiz gətirdi”
24.10.2008 - 10:47
Torosidis: “Qalatasaray”la oyunda bəxtimiz gətirdi”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Matçın sonunda pərakəndə şəkildə irəli atılmamalı idik. Belə vəziyyətdə bəxtimiz də gətirdi ki, növbəti qolları buraxmadıq”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Olimpiakos”un futbolçusu Vasilis Torosidis deyib. UEFA kubokunda “Qalatasaray”a uduzan Yunanıstan təmsilçisinin 23 yaşlı müdafiəçisinin fikrincə, qonaqlar bacardığını edib: “Qrup mərhələsinin ilk matçına yaxşı oynamaq üçün yollanmışdıq. Bunun niyə alınmadığını indi söyləmək çətindir. Gərək hər şeyi təhlil edək. “Qalatasaray”la qarşılaşmada çox çalışsaq da, heç nə edə bilmirdik. Lakin qarşıda hələ üç oyunumuz var. Komandamızda isə bir-birini əvəzləməyə layiq olan 25 futbolçu var”.
0