Ançelotti: “UEFA kuboku maraqlı yarış deyil”
24.10.2008 - 11:05
Ançelotti: “UEFA kuboku maraqlı yarış deyil”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Böyük uğurlar qazanmaq üçün çox darıxmışam”.
“APA-Sport”un məlumatına görə, bu sözləri İtaliyanın “Milan” klubunun baş məşqçisi Karlo Ançelotti deyib. Gələn il 50 yaşını qeyd edəcək mütəxəssis yubiley ilində UEFA kubokunu qazanmaq istəyir: “Təbii ki, UEFA kuboku o qədər də maraqlı yarış deyil. Buna baxmayaraq, kuboku qazanmaq iddiasındayıq. Hamını inandıra bilərəm ki, oyunçularım UEFA kubokunu qazanmaq üçün əlindən gələni edəcək”.

“Milan” Ançelottinin rəhbərliyi altında keçirdiyi 7 ildə 8 titul qazanıb. İki dəfə ÇL, iki dəfə UEFA Superkubokunu əldə edən Ançelottinin yetirmələri iştirak etdiyi digər 4 turnirin (klublararası dünya çempionatı, İtaliya çempionatı, İtaliya kuboku, İtaliya Superkuboku) hərəsində bir dəfə mükafat sahibi olub.


0