Sabri heç-heçəyə sevinir
24.10.2008 - 11:07
Bakı - APA-Sport. “Qalatasaray” klubunun müdafiəçisi Sabri Sarıoğlu UEFA kubokunun qrup mərhələsinə qələbə ilə başlamalarından məmnun qalıb. “APA-Sport”un məlumatına görə, Türkiyə yığmasının üzvü “Olimpiakos”u üstələməkdə çətinlik çəkmədiklərini qeyd edib.
“Önəmli qələbə qazandığımızı düşünürəm. Əla oyun göstərib, kifayət qədər qol epizodu yaratdıq. Fikrimcə, böyük hesabla da qalib gələ bilərdik” - deyə Sarıoğlu bildirib.
Qrupdakı digər oyunda “Herta” ilə “Benfika”nın heç-heçə (1:1) oynamasından məmnun qaldığı deyən gənc müdafiəçi növbəti görüşlərə də qələbə əzmi ilə çıxacaqlarını vurğulayıb: “Rəqiblərimizin xal itirməsi bizim xeyrimizədir. Hər şey əla gedir. Qol vurub, qapımızın toxunulmazlığını qoruyuruq. Belə davam etməliyik”.

0
0