Zirvə görüşü
24.10.2008 - 12:05
Zirvə görüşü
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan Premyer Liqasında IX tura start veriləcək. “APA-Sport”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq turun mərkəzi görüşündə lider “Xəzər-Lənkəran” ikinci pillənin sahibi “Bakı” klubunun qonağı olacaq.

Paytaxt təmsilçisi qələbə qazanacağı halda, vahid liderliyə yüksələcək. Bunun üçün dünyada davam edən ən uzun seriyalardan biri qırılmalıdır. Belə ki, son iki ayda keçirdiyi 7 oyunun hamısında qələbə qazanan “Xəzər-Lənkəran” hazırda bu seriyaya əsasən, planetin ən yaxşı komandalarından biri sayılır. Ancaq Lənkəran təmsilçisinin indiyədək çempionatda “Bakı”nı səfər meydanında yenmədiyini və bakılıların xeyli gücləndiyini də nəzərə almaq lazımdı. Bu səbəbdən liderin bu görüşü də üç xalla başa vurub, ardıcıl səkkizinci qələbəsini rəsmiləşdirməsi çətin olacaq.

Zirvə görüşündən bir gün əvvəl isə ölkənin baş arenasında keçiriləcək digər oyunda tarixinin ən acınacaqlı günlərini yaşayan “Neftçi” son çempion “İnter”lə üz-üzə gələcək. Acınacaqlı haldır ki, flaqman cari mövsümdə öz meydanında keçirdiyi qarşılaşmalarda qol vura bilmədiyindən, qələbə üzünə də həsrətdir. Əvəzində, az top buraxan “İnter” arxada qalan səkkiz turda uduzmayan yeganə komandadır. Bu oyunda da “Neftçi” yenə qələbə üzünə həsrət qalsa, mükafat qazanmaq şansı azalacaq.

IX tur autsayder komandalar üçün də əhəmiyyətlidir. Ağır maliyyə problemləri ilə üzləşən “Turan” və “Bakılı” artıq ilk dövrədəcə baş məşqçilərini itirdiyindən köməkçilərin ümidinə qalıb. Öz meydanında oynayacaq “Turan” cari mövsümdə ilk qələbəsini qazanmaqla, turnir cədvəlində iki pillə irəliləyə bilər.

25 oktyabr

16:00. “Standard” – “Qəbələ”

Bakı. “Şəfa” stadionu. Baş hakim: Zöhrab Qədiyev

16:00. “Turan” – “Bakılı”
Tovuz. Şəhər stadionu. Baş hakim: İmanxan Sultani

16:00. NBC – “Karvan”
Salyan. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Əfqan Həmzəyev

17:15. “Neftçi” – “İnter”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Vüsal Əliyev

26 oktyabr

18:00. “Bakı” – “Xəzər-Lənkəran”

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Anar Niyazov

18:00. “Simurq” – “Olimpik”
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Babək Quliyev

15:00. MOİK – “Qarabağ”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Hacıəli Ağayev

komandalar

o

q

h

m

t

x

1

Xəzər-Lənkəran

8

7

0

1

18-3

21

2

Bakı

8

6

1

1

16-4

19

3

Simurq

8

6

1

1

12-4

19

4

İnter

8

5

3

0

14-3

18

5

Karvan

8

5

1

2

12-6

16

6

Qarabağ

8

4

1

3

10-10

13

7

Olimpik

8

3

3

2

7-7

12

8

Qəbələ

8

3

1

4

13-8

10

9

Neftçi

8

2

3

3

6-4

9

10

Standard

8

2

2

4

5-11

8

11

NBC

7

1

1

5

6-13

4

12

MOİK

7

1

0

6

2-16

3

13

Turan

8

0

2

6

2-16

2

14

Bakılı

8

0

1

7

4-22

1



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9, Amiran Muciri (“Bakı”) – 5.

Qeyd edək ki, Respublika stadionunda keçiriləcək oyunları Az.TV, “Simurq” – “Olimpik” görüşünü İTV canlı yayımlanacaq.


0