Sərvət nə istəyir?
24.10.2008 - 12:10
Sərvət nə istəyir?
Bakı – APA-Sport. “Həqiqətən gözəl oyun alındı. Bütün komanda ilə müdafiə olunmağı bacardıq. Bu səbəbdən rəqibin cəmi iki şansı oldu”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Olimpiakos” üzərində minimal hesablı qələbəni dəyərləndirən “Qalatasaray”ın müdafiəçisi Sərvət Çətin söyləyib.

Türkiyə yığmasının üzvü UEFA kubokunun qrup mərhələsində bundan da çətin görüşlərin olduğunu bildirib: “Herta” ilə “Benfika”nın Berlində heç-heçə oynaması bizim işimizə yaradı. 3 xalla başlamaq önəmlidir. Fikrimcə, “Benfika” ilə səfər oyunu daha çətin keçəcək. Portuqaliya təmsilçisi qrupun ən səviyyəli heyətinə malikdir. Bu dueldən minimum 1 xalla qayıtsaq, qrup səddini adlamaq şansımız artacaq”.
0