Lüboş Mihel hakimlikdən getdi
24.10.2008 - 12:00
Lüboş Mihel hakimlikdən getdi
Bakı. Mehman Süleymanov - APA-Sport. Tanınmış FİFA hakimi Lüboş Mihel karyerasını bitirməyə qərar verib. “APA-Sport”un məlumatına görə, 40 yaşlı slovakiyalı hakimi buna məcbur edən zədədir. Daban nahiyəsində ciddi zədə problemindən əziyyət çəkən Mihel elə bu səbəbdən Belçika və İspaniya yığmalarının 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində son rəsmi oyununda meydanda lazımı iş görə bilməyib. Ən məsul oyunları idarə etmək etibar olunan Lüboşun adı iki il sonra Cənubi Afrika Respublikasında keçiriləcək dünya çempionatının final mərhələsinin oyunlarına təyinat alacaq hakimlər arasına daxil edilmişdi.
Qeyd edək ki, FİFA hakimi adını 90-cı illərdə alan Mihel hələ 5 il bu dərəcəni daşımağa hüququ çatırdı.





0