“Fənərbaxça” üçün sürpriz namizəd
24.10.2008 - 13:33
“Fənərbaxça” üçün sürpriz namizəd
Bakı - APA-Sport. “Fənərbaxça”nın baş məşqçi Luis Araqonesin istefaya göndəriləcəyi barədə gəzən söz-söhbətlər səngimək bilmir. “APA-Sport”un məlumatına görə, ispaniyalı çalışdırıcının xələfi qismində bir neçə məşqçi göstərilir. “Sarı-lacivərdlilər”in Vanderley Luşemburquya tapşırılacağı haqda xəbərlərdən sonra bu posta daha bir sürpriz namizəd ortaya çıxıb.

Söhbət italiyalı Roberto Mançinidən gedir. O, son 3 ildə Milan “İnter”inə İtaliya çempionluğunu qazandırdığı üçün “Fənərbaxça” rəsmilərinin diqqət mərkəzinə düşüb. Ancaq maraqlıdır ki, hazırda işsiz olan 44 yaşlı məşqçi heç vaxt ölkə xaricində fəaliyyət göstərməyib. Hələlik istanbullular Mançiniyə rəsmi təklif göndərməyiblər.
0