Klub prezidenti: “Rüşvət verdiyim bütün hakimlərin adlarını açıqlaya bilərəm”
24.10.2008 - 14:30
Klub prezidenti: “Rüşvət verdiyim bütün hakimlərin adlarını açıqlaya bilərəm”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ukrayna futbolunda qalmaqal yaranıb. “APA-Sport”un məlumatına görə, yerli çempionatda hakimlərin rüşvət alması faktı üzə çıxıb. Bunu “Desna-Partnyor” klubunun prezidenti Aleksey Savçenko etiraf edib. Birinci dəstə təmsilçisinin rəhbəri ötən mövsüm 4-cü yeri tutan komandasının bu ilki uğursuzluqlarının səbəbini açıqlayıb: “Əvvəllər oynayan “Desna” yox, mənim pullarım və ambisiyalarım idi. Hər matç mənə 5-15 min dollara başa gəlirdi. Mən pul verdiyim bütün hakimlərin, həmçinin bu işdə vasitəçi olanların adlarını da açıqlaya bilərəm. Pul vermədiyim vaxtlarda isə nəticə buna uyğun olurdu”.

Qeyd edək ki, “Desna” cari mövsümdə 16-cı pillədə qərarlaşıb.


0