“İnter” üç ildir “Neftçi”yə qol vura bilmir
24.10.2008 - 14:43
“İnter” üç ildir “Neftçi”yə qol vura bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Son Azərbaycan çempionu “İnter” klubu üç ildir “Neftçi” klubuna qol vura bilmir. “APA-Sport”un hesablamalarına görə, Premyer Liqanın IX turunda flaqmanla görüşəcək “bank” komandası uğursuz seriyaya son qoymalıdır.

2005-ci il noyabrın 12-də 1:1 hesabı ilə başa çatan qarşılaşmada Elşən Məmmədovun qolu paytaxt derbilərində “İnter”ın son uğurudur. Bu üç ildə keçirilən 5 qarşılaşmada qol vurmayan çempiondan fərqli, “Neftçi” hər iki qapıya qol vurub. Flaqmanda çıxış etdiyi vaxt - 2006/07 mövsümündə öz qapısına qol vuran Mahir Şükürov “İnter” üçün fərqlənib. Ümumilikdə, “Neftçi” – “İnter” oyunlarının son 459 dəqiqəsində vurulan bütün qollar flaqmanın hesabına yazılıb.


0