“O, qarşısına Tanrı çıxsa belə, təslim olmaz”
24.10.2008 - 14:43
“O, qarşısına Tanrı çıxsa belə, təslim olmaz”
Bakı - APA-Sport. “Luis, qarşısına Tanrı çıxsa belə, təslim olmaz. O, həmişə çətin vəziyyətlərdən alnıaçıq çıxmağı bacarıb”. “APA-Sport”un məlumatına görə, bu sözləri “Fənərbaxça”nın ispan məşqçisi Sezar Mendiondo söyləyib.

Həmyerlisi, komandanın baş məşqçisi Luis Araqonesi dəstəkləyən Mendiondonun fikrincə, problem yaxın zamanda yoluna qoyulacaq: “Mövsümə istənilən kimi başlamadıq. Amma buna son qoyacağımızı düşünürəm”.
0