Ronaldo: “Qızıl top” da mənə verilməlidir, “Brilyant top” da”
24.10.2008 - 14:53
Ronaldo: “Qızıl top” da mənə verilməlidir, “Brilyant top” da”
Bakı. Mehman Süleymanov – APA-Sport. “Mançester Yunayted” klubunun portuqaliyalı futbolçusu Kriştiano Ronaldo maraqlı açıqlama verib. “APA-Sport”un məlumatına görə, 23 yaşlı yarımmüdafiəçi jurnalistlərlə söhbətində özünü “Qızıl top” mükafatına əsas namizəd sayıb. Hər il Avropada çıxış edən ən yaxşı futbolçuya verilən bu mükafat uğrunda mübarizədə özünü favorit hesab edən Ronaldonun iddiası bununla bitmir.

Onun fikrincə, dünyanın ən yaxşı futbolçusuna verilən “Brilyant top” uğrunda mübarizədə də qələbə qazanacağına əmindir: “Bu il heç bir futbolçu mənim kimi böyük iş görməyib. Mənim xidmətlərin digərlərindən daha çoxdur. Mən “Mançester Yunayted”in İngiltərə Premyer Liqası, Çempionlar Liqasının qalibi olmasına, Portuqaliya yığmasının isə Avropa çempionatında ¼ finala çıxmasına yardımçı olmuşam. Etiraf edirəm ki, ötən mövsüm topuq nahiyəmdə ciddi zədə, güclü ağrılar ola-ola meydana çıxırdım. Mən buna görə heyfsilənmirəm. Buna dəyərmiş”.
0