Polat UEFA kubokunu arzulayır
24.10.2008 - 15:16
Polat UEFA kubokunu arzulayır
Bakı - APA-Sport. “Qalatasaray”ın prezidenti Adnan Polat komandasının UEFA kubokuna inamla başlamasından məmnun qalıb. “APA-Sport”un məlumatına görə, klub rəsmisini yalnız minimal hesablı qələbə məyus edib.

“Kadıköydə final oynayıb, UEFA kubokunu qazanmaq istəyirik. “Olimpiakos”la görüşdə bu yolda ilk addım atmış olduq. Hərçənd, hesab daha fərqli olmalı idi. Baş məşqçimizin tapşırıqlarına əməl edən futbolçular mükəmməl oynadılar. Azarkeşlərimiz də vəzifələrinin öhdəsindən layiqincə gəldilər” - deyə Polat bildirib.

Prezident zaman keçdikcə “Qalatasaray”ın daha güclü təsir bağışlayacağına inandığını da vurğulayıb.


0