Hakimlərin qonorarı 800 manata qaldırıldı
24.10.2008 - 15:58
Hakimlərin qonorarı 800 manata qaldırıldı
Bakı - APA-Sport. Türkiyə Futbol Federasiyasının rəhbərliyi hakimlərin qonorarlarını artırıb. “APA-Sport”un məlumatına görə, bundan sonra Türkiyə Superliqasında 1 oyun idarə edəcək baş hakim 1650 türk lirəsi (təxminən 800 manat) alacaq. Onun yardımçılarına isə 935 lirə veriləcək. Matçın 4-cü hakimimin qazancı 825 lirə təşkil edəcək.

Aşağı divizionların oyunlarına təyinat alan hakimlərə daha az qonorar təqdim olunacaq. Bundan başqa, federasiya rəsmiləri qadın hakimləri də yaddan çıxarmayıblar. Onlara aylıq 660 lirə maaş kəsilib.


0