Elmar Baxşıyev: “Bizimlə qarşılaşan komanda favorit ola bilməz”
24.10.2008 - 16:47
Bakı. Mehman Süleymanov - APA-Sport. “Keçmiş komandama qarşı oynamaq mənim üçün çətin deyil. Əksinə, belə görüşlərdə özümü rahat hiss edirəm. Gücüm artır və ikiqat əzmlə mübarizə aparıram”. Bunu “APA-Sport”a açıqlamasında “Neftçi” klubunun yarımmüdafiəçisi Elmar Baxşıyev deyib.
Ötən tur “Xəzər-Lənkəran”la oyundan sonra ardıcıl ikinci dəfə sabiq klubuna qarşı çıxış edəcək 28 yaşlı futbolçu bu dəfə “İnter”lə görüşəcək. Lənkəran təmsilçisində olduğu kimi, “İnter”də də kapitan sarğısını daşımış Baxşıyev sabahkı oyuna fərqli hisslərlə yanaşmır: “İnter”də uzun müddət çıxış etsəm də, bu komanda ilə oyunun mənim üçün prinsipiallığı yoxdur. Sabahkı matçda meydana çıxsam, ikiqat güclə oynayacağam. Bu, heç də özümü keçmiş komandama sübut etmək yox, “Neftçi”yə kömək etməklə bağlıdır”.
Baxşıyevin fikrincə, hazırkı klubunun uğursuz çıxışı müvəqqətidir. O, bu mənada “İnter”lə görüşü həlledici sayır: “Necə deyərlər, hər şey bir sonu olmalıdır. “İnter”lə oyunda qələbə qazanmaq bizə çox vacibdir. Sabah meydanda əzmkarlıq göstərsək, istəyimizə çatacağıq. Bununla, psixoloji durum yaxşılaşmaqla, uğurlu başlanğıcın təməli qoyulmuş olacaq. Bizi hesabdan silmək düzgün deyil, yenə də iddialıyıq. “Neftçi” ilə qarşılaşan komanda favorit ola bilməz”.
Qeyd edək ki, Elmar “Xəzər-Universiteti”ni də nəzərə alsaq, “İnter”də 10 il oynayıb.

0
0