Türkiyənin tanınmış futbol mütəxəssisi Azərbaycanda çalışacaq
24.10.2008 - 18:50
Türkiyənin tanınmış futbol mütəxəssisi Azərbaycanda çalışacaq
Bakı – APA. Türkiyədə bir çox gənc futbol ulduzu yetişdirən tanınmış mütəxəssis Əli Yavaş bundan sonra Azərbaycanda çalışacaq. APA-nın məlumatına görə, Ə. Yavaş “Qəbələ” klubunun aşağı yaş qrupları üzrə koordinatoru vəzifəsinə təyin olunub. Onunla 5 illik müqavilə bağlanıb.
Qeyd edək ki, vaxtilə “Qalatasaray”da futbol oynamış Əli Yavaş 2002-ci ildən 2008-ci ilin aprelinə qədər bu klubun aşağı yaş qrupları üzrə futbol komandalarının rəhbəri olub. O, hazırda “Qalatasaray”ın heyətində olan Səbri Sarıoğlu, Arda Turan, Uğur Uçar, Aydın Yılmaz kimi gənc ulduzların yetişməsində xüsusi rol oynayıb.
0