Mustafa Dənizlinin komandası büdrədi
24.10.2008 - 23:24
Mustafa Dənizlinin komandası büdrədi
Bakı - APA-Sport. Türkiyə Superliqasında VIII turun açılış oyunu keçirilib. “APA-Sport”un məlumatına görə, lider “Beşiktaş” “İsmət İnönü” stadionunda “Sivasspor”u qəbul edib.

Mustafa Dənizli “Beşiktaş”ın baş məşqçisi postunda doğma azarkeşlər önündə keçirdiyi ilk matçıda qələbə qazana bilməyib. Hətta “qara qartallar” 5-ci dəqiqdə məğlub duruma düşüblər. “Beşiktaş”ın cavab qolunu 13-cü dəqiqədə Matias Delqado vurub - 1:1.

Beləliklə, “Beşiktaş” 18 xalla 1-ci pillədəki mövqeyini qoruyub. Liderdən 3 xal geri qalan “Sivasspor” 3-cü yerə yüksəlib. Turun digər qarşılaşmaları bu gün və sabah baş tutacaq.
0