Qallas gecə klubunda yaxalandı
25.10.2008 - 10:30
Qallas gecə klubunda yaxalandı
Bakı. Mehman Süleymanov - APA-Sport. “Arsenal” klubunun baş məşqçisi Arsen Venger kapitan Vilyam Qallasdan ciddi narazıdır. “APA-Sport”un məlumatına görə, son 12 ildə komandanı çalışdıran fransız mütəxəssisi həmyerlisinin futboldan kənar həyat tərzi və bunun mətbuat tərəfindən işıqlandırılması bərk qəzəbləndirib. Məsələ ondadır ki, yerli qəzetlərindən biri Qallasın gecə klubundan səhər tezdən, özü də damağında siqaret çıxarkən şəklini çəkib. Bunu eşidən Venger kapitanına təpki göstərib: “Qallasın bu hərəkəti yolverilməzdir. Mən bu şəkilləri görməsəm də, hər halda, yaranan vəziyyət heç də xoşuma gəlmir. Müdafiəçimizin öz işi var və o, hərəkətlərinə görə ictimai məsuliyyət daşıyır. Kapitan ilk növbədə ətrafdakılarına yaxşı mənada nümunə olmalıdır”.
0