Vlastimil Petrjela ruhi-əsəb xəstəxanasına yerləşdirilib
25.10.2008 - 11:03
Vlastimil Petrjela ruhi-əsəb xəstəxanasına yerləşdirilib
Bakı. Mehman Süleymanov - APA-Sport. “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjelanın səhhətində problem yaranıb. “APA-Sport”un məlumatına görə, iki aydır ruhi-əsəb xəstəxanasında müalicə alan 55 yaşlı çexiyalı mütəxəssisə yalnız keçmiş həyat yoldaşı Suzana Kratoxvilovanın baş çəkməsinə icazə verilir.

Yeri gəlmişkən, mətbuatda Petrjelanın özünə qəsd etməsi haqda informasiyalar yer alıb. Ancaq Suzana keçmiş ərinin intihar etmək fikrində olmasını təkzib edib: “Bu, ağ yalandır. Bunu oxuyandan sonra Vlastimilin həyata qayıtmaq üçün gücü artacaq”.

Petrjelanın futbola qayıtmasının çox istədiyini deyən xanım onun buna nail olacağına yüz faiz əmindir: “Mən demirəm ki, futbol keçmiş ərim üçün çox vacibdir. Sadəcə, o nəyə qadir olduğunu sübut etməyi çox istəyir. Petrjela hər şeyə əvvəldən başlayacaq”.
0