Sissoko: “Kimin güclü olduğu oyundan sonra müəyyənləşəcək”
25.10.2008 - 11:07
Bakı. Mehman Süleymanov – APA-Sport. “Xəzər-Lənkəran” iddialıdır. Onunla oyunlarımız hər zaman prinsipial xarakter daşıyıb. İnanıram ki, bu dəfə də meydanda əsl idman mübarizəsi, əla futbol görəcəyik”. “APA-Sport”un məlumatına görə, bunu “Bakı”nın seneqallı qapıçısı Xalidu Sissokoya klubun rəsmi saytına açıqlamasında deyib.
Son 4 ildə “Xəzər-Lənkəran”la oyunların iştirakçısı olan 30 yaşlı futbolçu liderlə Bakıdakı görüş öncəsi komandasında əla atmosfer olduğunu söyləyib: “Son matçlarda qalib gəldiyimiz üçün əlavə psixoloji üstünlük qazanmışıq. Kimin güclü olduğunu oyun günü biləcəyik. “Xəzər-Lənkəran” üzərində qələbə qazanaraq prezidentimizi sevindirəcəyik”.
Sissokonun fikrincə, sabah qalib gələn komanda qış fasiləsinə lider kimi yollanmaq baxımından böyük üstünlük qazanacaq: “Rəqib lider olsa da, biz onlara nisbətən daha çətin oyunlar keçirmişik. Bu oyunda qalib gələn tərəf birinci dövrəni lider kimi bitirəcək”.
Qeyd edək ki, Sissoko “Xəzər-Lənkəran”la 2006/07 mövsümündə həm Bakıda, həm də Lənkərandakı oyunda qırmızı vərəqə alıb. Seneqallı “Karvan”a evdə böyük hesablı məğlubiyyətdən (0:3) sonra xorvat həmkarı Marko Şarliyanın ehtiyata düşməsi nəticəsində yenidən “Bakı”nın əsas qapıçısı olub.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0