“Styaua” Hakan Şükürə elçi düşüb
25.10.2008 - 12:45
“Styaua” Hakan Şükürə elçi düşüb
Bakı. Mehman Süleymanov - APA-Sport. Məşhur türkiyəli futbolçu Hakan Şükür karyerasını Rumıniyada davam etdirə bilər. “APA-Sport”un məlumatına görə, 37 yaşlı hücumçuya “Styaua” rəsmiləri elçi düşüb.

Buxarest komandasının rəhbərliyi Çempionlar Liqasında “Lion”a ağır məğlubiyyətdən (3:5) sonra ciddi islahatlara başlayıb. İstefaya göndərilən Maruis Leketuşun əvəzinə baş məşqçi postuna 40 yaşlı Dorinel Muntyanunu gətirən klub prezidenti Cici Bekali Hakanla da ciddi maraqlanır. O, Şükürün transferi üçün əlindən gələcəyini vurğulayıb. Bekali qarşıdakı günlərdə müqavilə imzalayacaq yeni məşqçi Yüksəl Yesilova tapşırıq verib. Belə ki, Yüksəl gələn həftə İstanbula yollanıb “Styaua”nın prezidentinin cəlbedici təklifini Hakana çatdıracaq.


0