Almaniya millisinə qadağa
25.10.2008 - 12:48
Almaniya millisinə qadağa
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının daha bir legioneri milliləşdirmək istəyi baş tutmayıb. “APA-Sport”un məlumatına görə, Dortmund “Borussiya”sının müdafiəçisi Neven Subotiçə yaxın günlərdə milli pasport verməklə yığmaya cəlb etmək istəyən almanlar FİFA-nın qadağası ilə üzləşib. Beynəlxalq futbol qurumu 19 yaşlı istedadın Almaniyanın şərəfini qorumasını tutarlı əsas gətirərək məqbul saymayıb. Buna səbəb Subotiçin üç il əvvəl 17 yaşlılar arasında dünya çempionatında ABŞ yığmasında çıxış etməsidir. Lakin FİFA Nevenə ikinci yığmanı seçmək imkanı da verib. Belə ki, əsli Bosniya və Herseqovina, həmçinin Serbiya ilə bağlı olan müdafiəçi bu iki ölkədən birini seçərək həmin yığmada çıxış edə bilər.
Qeyd edək ki, yığmamızın rəqibi olan Almaniya milli komandasının heyətində başqa ölkələrdən olan legionerlər də çıxış edir.
0