“Neftçi” uçurumun kənarında
25.10.2008 - 20:15
Bakı. Aqşin Əliyev - APA-Sport. Bu gün Azərbaycan Premyer Liqasında IX tur start götürüb. “APA-Sport”un məlumatına görə, günün ən maraqlı matçı Tofiq Bəhramov adına Respublika stadionunda “Neftçi” və “İnter” arasında baş tutub.
Son vaxtlar böhrandan qurtula bilməyən flaqmanın problemləri bu oyunda da özünü biruzə verib. Bunun məntiqi nəticəsidir ki, “İnter” derbidə asanlıqla qələbə qazanıb. “Neftçi”nin qapısına vurulan 3-cü qoldan sonra azarkeşlər baş məşqçi Yurgen Gedeni istefaya səsləyiblər. Məğlubiyyət paytaxt komandasının 10-cu pilləyə yuvarlanmasına səbəb olub.
“Karvan” və “Standard” xal ehtiyatlarını artırıb. Tovuzda yerli “Turan”ın “Bakılı” ilə görüşü heç-heçə başa çatıb. Sabah IX tur çərçivəsində daha 3 oyun olacaq. “Bakı” “Xəzər-Lənkəran”ı, MOİK isə “Qarabağ”ı qəbul edəcək. Zaqatalada isə “Simurq” “Olimpik”i sınağa çəkəcək.
“Neftçi” - “İnter” - 1:3
Davçev, 83 - Valter, 25 (pen.); Assioli, 44; Rubin, 63.
“Standard” - “Qəbələ” - 2:0
Qutyerres, 1; Sezar, 83.
“Turan” - “Bakılı” - 1:1
R.Əliyev, 76 - Öz, 47 (pen.).
NBC - “Karvan” - 0:1
Nadirov, 20.
1.“Xəzər-Lənkəran” 21 xal, 2.“İnter” 21, 3.“Bakı” 19, 4.“Karvan” 19, 5.“Simurq” 19, 6.“Qarabağ” 13, 7.“Olimpik” 12, 8.“Standard” 11, 9.“Qəbələ” 10.“Neftçi” 9, 11.NBC 4, 12.MOİK 3, 13.“Turan” 3, 14.“Bakılı” 2.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0