Beş qol yetmədi!
25.10.2008 - 23:05
Beş qol yetmədi!
Bakı. Aqşin Əliyev - APA-Sport. Macarıstanda təşkil olunan 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsinin 1-ci qrupunun oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, Azərbaycan yığması qarşıya qoyulan vəzifənin öhdəsindən gələ bilməyib.

Yaşar Vahabzadənin yetirmələri son matçda San Marinonun qapısından 5 cavabsız top keçiriblər. Ancaq bu, qrup mərhələsini adlamaq üçün kifayət etməyib. Çünki milli komandamızın təqib etdiyi Şotlandiya meydan sahiblərinə minimal hesabla qalıb gələrək, elit mərhələyə vəsiqə qazanıb. Beləliklə, yığmamız ilkin seçmə mərhələni 4 xalla 3-cü pillədə başa vurub.

Qeyd edək ki, əvvəlki turlarda Şotlandiyanın müqavimətini qıra bilməyən (1:1) yeniyetmə futbolçularımız macarıstanlılara 0:1 hesabı ilə məğlub olmuşdular.


0