Qonaqların günü
26.10.2008 - 20:30
Qonaqların günü
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycan Premyer Liqasında IX turun oyunlarına yekun vurulub. “APA-Sport”un məlumatına görə, hesabat turunda mərkəzi görüş Tofiq Bəhramov adına Respublika stadionunda “Bakı” və “Xəzər-Lənkəran” arasında keçirilib.

Tərəflərin səyinə baxmayaraq, derbidə hesab açılmayıb. Hətta son 5 oyunda meydanı qolsuz tərk etməyən “Xəzər-Lənkəran”ın bolqarıstanlı hücumçusu İvan Svetkov da rəqib komandanın müdafiəsini yara bilməyib.

“Olimpik” Zaqatalada məğlubiyyətdən final fitinə 4 dəqiqə qalmış yaxa qurtarıb. Qələbəni əldən verən “Simurq” zirvəyə yüksəlmək şansını qaçırıb. “Qarabağ” isə autsayder MOİK-i minimal hesabla üstələyib.

25 oktyabr

“Neftçi” - “İnter” - 1:3

Davçev, 83 - Valter, 25 (pen.); Assioli, 44; Rubin, 63.

“Standard” - “Qəbələ” - 2:0
Qutyerres, 1; Sezar, 83.

“Turan” - “Bakılı” - 1:1
R.Əliyev, 76 - Öz, 47 (pen.).

NBC - “Karvan” - 0:1
Nadirov, 20.

26 oktyabr

“Bakı” - “Xəzər-Lənkəran” - 0:0


“Simurq” - “Olimpik” - 1:1
Nəsibov, 44 – Qetsadze, 86.

MOİK - “Qarabağ” - 0:1
Fərhadoviç, 76.

komandalar

o

q

h

m

t

x

1

Xəzər-Lənkəran

9

7

1

1

18-3

22

2

İnter

9

6

3

0

17-4

21

3

Bakı

9

6

2

1

16-4

20

4

Simurq

9

6

2

1

13-5

20

5

Karvan

9

6

1

2

13-6

19

6

Qarabağ

9

5

1

3

11-10

16

7

Olimpik

9

3

4

2

8-8

13

8

Standard

9

3

2

4

7-11

11

9

Qəbələ

9

3

1

5

13-10

10

10

Neftçi

9

2

3

4

7-7

9

11

NBC

8

1

1

6

6-14

4

12

MOİK

8

1

0

7

2-17

3

13

Turan

9

0

3

6

3-17

3

14

Bakılı

9

0

2

7

5-23

2



Bombardirlər: İvan Svetkov (“Xəzər-Lənkəran”) – 9, Valter Quqlemon (“İnter”), Amiran Muciri (“Bakı”), Nidal Fərhatoviç (“Qarabağ”) – 5.

Növbəti turun oyunları noyabrın 8-də və 9-da keçiriləcək:
“Qarabağ” – “Neftçi”, “Karvan” – MOİK, “Olimpik” – “Turan”, “Xəzər-Lənkəran” – “İnter”, “Bakılı” – NBC, “Standard” – “Simurq”, “Bakı” – “Qəbələ”.
0