Hakan Şükürdən şok qərar
26.10.2008 - 22:34
Hakan Şükürdən şok qərar
Bakı - APA-Sport. Türkiyə milli komandasının və “Qalatasaray”ın sabiq futbolçusu Hakan Şükür peşəsini dəyişir. “APA-Sport”un məlumatına görə, 37 yaşlı veteran hücumçu bundan sonra futbol şərhçisi olacaq. O, Türkiyənin TRT telekanalında efirə çıxan “Stadion” verilişində ölkə çempionatının oyunlarını, hakimlərin qərarlarını şərh edəcək.

Artıq bununla bağlı TRT rəhbərliyi ilə razılıq əldə olunub. Qarşıdakı günlərdə fövqəladə hal baş verməsə, Hakan tezliklə televiziya ekranlarında görünəcək. Bununla da, Türkiyədə şərhçiyə çevrilən futbolçuların sayı 3-ə çatacaq. Öncə Rıdvan Dilmən və Sərgən Yalçın eyni addımı atıb.

Qeyd edək ki, bu ilin yayında “Xəzər-Lənkəran” rəhbərliyi Hakan Şükürü heyətə qatmaq istəyirdi. Lakin təcrübəli futbolçu bir çox klubların təklifini qəbul etməyib. Daha sonra Dubay komandası ilə müqavilə bağladığı bildirilən Hakan qeyri-müəyyən səbəbdən Birləşmiş Ərəb Əmirliklərinə də getməkdən boyun qaçırıb.


0