Subaşiç: iki dəqiqəyə iki qol
27.10.2008 - 10:35
Subaşiç: iki dəqiqəyə iki qol
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Branimir Subaşiç Serbiya çempionatında ilk dubluna imza atıb. “APA-Sport”un məlumatına görə, “Srvena Zvezda” klubunda çıxış edən 26 yaşlı hücumçu ölkə birinciliyinin IX turunda OFK-nın qapısına iki qol vuraraq, böyük hesablı qələbədə (5:1) pay sahibi olub. Görüşün 62-ci dəqiqəsində meydana daxil olan Branimir hesab 1:1 olarkən iki dəqiqəyə iki dəfə fərqlənib. Matçın 76 və 78-ci dəqiqələrində qonaqların qapısına yol tapan hücumçu Serbiya çempionatındakı qolların sayını 3-ə çatdırıb. Serbiya mətbuatı cəmi 28 dəqiqə meydanda olan Subaşiçin oyununu 8 balla qiymətləndirərək onu matçın ən yaxşısı seçib. Bu qələbədən sonra hesabında 14 xal olan “Srvena Zvezda” 4-cü pilləyə yüksəlib.


0