56 aylıq rekord qırıldı
27.10.2008 - 10:51
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İngiltərənin “Çelsi” klubunun özünəməxsus seriyası qırılıb. “APA-Sport”un məlumatına görə, 56 aydır daxili yarışlarda uduzmayan londonluların rekord nəticəsini Premyer Liqanın növbəti qarşılaşmasında “Liverpul” dayandırıb. Öz meydanında 0:1 hesabı ilə uduzan “Çelsi” 2004-cü ilin fevralın 21-dən sonra İngiltərə çempionatı, kuboku və Liqa kubokunda məğlubedilməz idi. “Stemford Bric” stadionunda sonuncu dəfə qələbə qazanan komanda “Arsenal” olmuşdu ki, həmin vaxt Klaudio Ranyerinin yetirmələri 1:2 hesabına üzülmüşdü. Ranyerinin xələfləri Joze Mourinyo və Avraam Qrantın rəhbərliyi altında seriyanı davam etdirən Luis Felipe Skolarinin yetirmələri “Liverpul”la görüşədək 86 oyunda məğlub olmamışdı.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0