“Qalatasaray” uduzur, baş məşqçi razı qalır
27.10.2008 - 10:52
“Qalatasaray” uduzur, baş məşqçi razı qalır
Bakı - APA-Sport. “Qalatasaray”ın baş məşqçisi Mihael Skibbe Türkiyə Superliqasının VIII turu çərçivəsində səfərdə “Əskişəhərspor”a məğlub olan (2:4) komandasından razı qalıb. “APA-Sport”un məlumatına görə, alman mütəxəssis ardıcıl oyunlar keçirən yetirmələrinin yorulduğunu qeyd edib.

“Məğlubiyyətə görə çox üzgünük. Çətin şərtlər altında oynadıq. Hesabda önə keçməyi də bacardıq. Rəqibin vurduğu qollar ofsayd deyilsə, hakimin oyunu yaxşı idarə etdiyini deyə bilərik. Güclü komandalar belə məğlubiyyətlərlə üzləşir. Ən başlıcası bu durumdan çıxmaqdır”.

Cəza ucbatından bu görüşə çıxmayan Kassio Linkolnun yoxluğunu hiss etdiklərini deyən Skibbe, göstərdikləri mübarizəyə görə yetirmələrinə təşəkkürünü bildirib.


0