İkiqat dünya çempionu MLS-ə gedir
27.10.2008 - 11:53
İkiqat dünya çempionu MLS-ə gedir
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Braziliya yığmasının sabiq futbolçusu Kafu ABŞ-da oynamaq istəyir. “APA-Sport”un məlumatına görə, İtaliyanın “Milan” klubu ilə müqaviləsi gələn ilin yayında başa çatacaq 38 yaşlı müdafiəçi zəngin futbolçu karyerasını MLS-də bitirmək fikrindədir.

Ardıcıl üç il dünya çempionatının finalında meydana çıxan Kafuya Ukrayna “Arsenal”ı da elçi düşmüşdü. Lakin müdafiəçi Amerikaya üz tutmağı məqsədəuyğun sayır. Əgər ABŞ klublarına keçiddə problem yaranarsa, Kafu vətəninə qayıdıb “Palmeyras” və “Korintians” arasında seçim edəcək.

Xatırladaq ki, “Roma” və “Milan” klublarının hərəsində 6 mövsüm keçirən müdafiəçi 1997-ci ildə “Palmeyras”dan Avropaya transfer olunmuşdu.
0