Ballak Lövdən üzr istəyəcək
27.10.2008 - 11:59
Bakı. Mehman Süleymanov – APA-Sport. 2010-cu il dünya çempionatının seçmə mərhələsində Azərbaycan milli komandasının rəqibi olan Almaniya yığmasının kapitanı Mihael Ballak səhvini etiraf edib. O, baş məşqçi Yoahim Lövün ünvanına söylədiyi tənqidi fikirlərə görə üzr istəyəcək.
“APA-Sport”un məlumatına görə, “Çelsi”də çıxış edən 32 yaşlı futbolçu bununla bağlı rəsmi bəyanat yayıb: “Lövdən ən yaxın günlərdə üzrxahlıq edəcəyəm. Sağlamlığım imkan verən kimi onunla görüş təyin edəcəyəm. Üzbəüz söhbətdə səhvimi başa düşdüyümü və etdiyim tənqidə görə məni bağışlamağı xahiş edəcəyəm. Əslində, mən baş məşqçini tənqidi edərkən komandanın xeyrini düşünürdüm”.

- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0