Albaniya yığması Azərbaycanla yoldaşlıq görüşünə razılıq verdi
27.10.2008 - 11:49
Albaniya yığması Azərbaycanla yoldaşlıq görüşünə razılıq verdi
Bakı. Mehman Süleymanov – APA-Sport. Albaniya yığması Azərbaycan milli komandası ilə yoldaşlıq görüşü keçirməyə razılıq verib. Bu haqda “APA-Sport”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Onun sözlərinə görə, oyunun noyabrın 19-da Bakıda baş tutması üçün heç bir problem qalmayıb: “Albanlarla ilkin olaraq şifahi razılıq əldə olunmuşdu. Artıq albanlar Bakıya gəlməyə tam razılıqlarını veriblər. Sadəcə, sənədləşmə ilə bağlı prosedur qaydalar var ki, onun rəsmiləşməsini gözləmək lazımdır. Biz Albaniyaya yoldaşlıq görüşünün keçirilməsi ilə bağlı lazımı sənədlər göndərmişik və onlar imzalanıb geri göndəriləcək”.

Qeyd edək ki, həmin gün yoldaşlıq görüşü keçirməyə razılaşdırdığımız Latviya yığması nəqliyyat problemlərini əsas gətirərək, Bakıya gəlməkdən imtina etdi.


0