Dənizli: futbolçuların döşəkləri dəyişdirilsin!
27.10.2008 - 12:36
Bakı. Mehman Süleymanov - APA-Sport. “Beşiktaş” klubunun yeni baş məşqçisi Mustafa Dənizli futbolçuların yaxşı oynaması üçün bir sıra islahatlar aparır. “APA-Sport”un məlumatına görə, oyunçularının rahatlığını düşünən təcrübəli mütəxəssis onların yatdığı çarpayıdakı döşəkləri dəyişdirməyi tələb edib. 190 sm uzunluqda olan döşəklərin eni əvvəl 90 sm idisə, bundan sonra 140 sm olacaq. Türkiyədə “Qalatasaray” və “Fənərbaxça” klublarına baş məşqçi kimi çempionluq qazandıran Dənizli futbolçuların yatan döşəklərin eninin böyük olmasını əhəmiyyətli amil sayır. Onun fikrincə, futbolçularda motivasiyanı artırmaq üçün oyundan əvvəl film izləmək də effektlidir. Bu məqsədlə komanda üçün kinoteatrda ayrıca zal ayrılıb və onlar hollivud ulduzları Al Paçino və Robert De Nironun iştirakı ilə “Qətl etmək hüququ” adlı yeni filmi izləyiblər.
- “Real” Kamavinqa üçün qiymət qoydu – 70 milyon avro
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
0
0