“Qol vuranda, rəhmətə gedən anam yadına düşdü”
27.10.2008 - 13:06
“Qol vuranda, rəhmətə gedən anam yadına düşdü”
Bakı - APA-Sport. Türkiyə Superliqasında “Bursaspor”la oyunda meydana çıxan “Fənərbaxça”nın braziliyalı legioneri Deyvid de Souza qol vurduqdan sonra göz yaşlarını saxlaya bilməyib. “APA-Sport”un məlumatına görə, təcrübəli yarımmüdafiəçi bunu özünəməxsus şəkildə izah edib.

“Çox çətin günlər keçirdim. Anam rəhmətə getdi. Meydana çıxanda bütün yaşadıqlarım gözümün önündə canlandı. Bu səbəbdən göz yaşlarımı saxlaya bilmədim” - deyə Deyvid bildirib.

Çətin günlərində həyat yoldaşının və komanda yoldaşlarının dəstəyini hiss etdiyini bildirən Deyvid yaxın zamanda tam toparlanacağını vurğulayıb: “Bundan sonra komandam üçün əlimdən gələni edəcəyəm. Artıq özümü yaxşı hiss edirəm”.
0