Yeni sayt: www.aragonesgitsin.com
27.10.2008 - 13:15
Yeni sayt: www.aragonesgitsin.com
Bakı. Mehman Süleymanov - APA-Sport. Cari mövsümdə həm Türkiyə Superliqasında, həm də UEFA Çempionlar Liqasında uğursuz çıxış edən “Fənərbaxça” klubunun azarkeşləri ispaniyalı baş məşqçi Luis Araqonesdən canlarını qurtarmaq üçün müasir üsula əl atıblar. “APA-Sport”un məlumatına görə, komandanın tərəfdarları www.araqonesgitsin.com adlı sayt açıblar. Saytda iki bölmədən ibarət xəbərlər yerləşdirilib. Bunlardan birində ümumi klub haqda, digərində isə ispan mütəxəssisin mümkün istefası ilə bağlı informasiyalar yer alıb.
Saytda, həmçinin “Nə edək?” adlı sorğu keçirilir. Səs verənlərin 30 faizi Araqonesin özünün baş məşqçi postunu tərk etməli olmasını, 26 faizi isə onu işindən azad etməyin lazım olduğunu hesab edir. Maraqlıdır ki, respondentlər arasında ispan mütəxəssisin klubda fəaliyyətini davam etdirməsini istəyənlər də var. 30 faizi təşkil edən bu insanların fikrincə, Araqones komandanın uğursuz çıxışında günahkar deyil.


0