İki kubok görüşünün vaxtı dəyişdirilib
27.10.2008 - 15:05
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan kubokunun 1/8 final mərhələsinin iki oyununun vaxtı dəyişdirilib. “APA-Sport”un məlumatına görə, oktyabrın 29-da “Şəfa” stadionunda keçiriləcək “İnter” – “Standard” qarşılaşması saat 20:00-da başlanacaq. Ertəsi gün Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq “Simurq” – “Spartak” matçının start fiti isə saat 18:00-da veriləcək. Buna oyunların keçiriləcəyi hər iki stadionda süni işıqlandırma sisteminin olması imkan verib.
1/8 final mərhələsinin digər 6 ilk oyunu saat 15:00-da başlanacaq.
1/8 final mərhələsinin digər 6 ilk oyunu saat 15:00-da başlanacaq.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0