FİFA-dan yığma üzvlərinə xəbərdarlıq
27.10.2008 - 16:36
Bakı. Mehman Süleymanov - APA-Sport. Ölkə çempionatları 2010-cu il dünya birinciliyinin final mərhələsinin startına üç həftə qalmış yekunlaşmalıdır. “APA-Sport”un məlumatına görə, bu barədə qərar çıxaran FİFA-nın İcraiyyə Komitəsi mundiala qatılacaq futbolçuların son oyunlarını mayın 16-dan gec olmayaraq keçirməsini bəyan edib. Milli üzvlərinin mayın 23-ə qədər bir həftəlik məzuniyyətdə olması zəruridir ki, bundan sonra onlar öz yığmalarının hazırlığında yer alacaq. Yeganə istisna, Çempionlar Liqasının final oyununun iştirakçıları üçün olacaq. Belə ki, mayın 22-də keçiriləcək həmin həlledici matça hazırlaşanlar bundan sonra qısa müddət istirahət edib, millinin düşərgəsinə yollanacaq.
- Talişka “Fənərbaxça”dan ayrılır – “Onu alqışlarla yola salacağıq”
- Ritsu Doan Səudiyyə Ərəbistanına getmədi – 17 milyon avroluq transfer son anda baş tutmadı
- Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
- DÇ-2026-nın qalmaqallı futbolçusu “Everton”da – 50 milyonluq transfer
- “Fənər”də ayrılıq - Dieqo Karlos İtaliya klubunda
0
0