Ponomaryov: 9-cu komandada 11 oyun
27.10.2008 - 16:38
Ponomaryov: 9-cu komandada 11 oyun
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının futbolçusu Anatoli Ponomaryov İsveç çempionatında növbəti mövsümünü başa vurur. “APA-Sport”un hesablamalarına görə, 26 yaşlı yarımmüdafiəçi birinci dəstədə sonuncu yeri tutan “Degerfors”un heyətində 11 matç keçirib. Bu qarşılaşmalardan 10-da start heyətdə meydana çıxan Ponomaryov daha bir görüşdə oyundaşını əvəzləyib. İlk dəqiqələrdən meydanda olduğu oyunların 7-də əvəzlənən futbolçumuz 3 dəfə 90 dəqiqə mübarizə aparıb.

Birinci dəstədəki mövsümü bir qolla tamamlayan yarımmüdafiəçi daha üç dəfə assistentlik bacarığını ortaya qoyub. Mövsüm ərzində “qol+ötürmə” prinsipi ilə 4 xal toplayan Anatolinin hesabında bir sarı vərəqə də var. 11 qarşılaşma ərzində rəqib qapılarına 24 zərbə endirən futbolçunun dəqiqliyi 50 faizlə ölçülüb. 12 dəfə “çərçivə”yə düşən Ponamaryov bir qola sevinib.

Qeyd edək ki, “Degerfors” Anatolinin İsveç karyerasında 9-cu komandadır. Bunadək Ponamaryov “Reylerholms”, “Yurqorden”, “Sirius”, “Vallentuna”, “Essinqe”, “Kalmar”, HAİS, “Ester”də də çıxış etmişdi.


0