Terim hamının cavabını verəcək
27.10.2008 - 18:59
Terim hamının cavabını verəcək
Bakı - APA-Sport. “Mən heç kimlə bazarlıq etmədim. Məvacibimin orda-burda müzakirə edilməsini sadəcə izləyirəm. Amma lazım gəlsə, hər kəs cavabını alacaq”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə yığmasının baş məşqçisi Fatih Terim deyib.

Türkiyə Futbol Federasiyası ilə müqaviləsinin müddətini 2012-ci ilədək uzadan 55 yaşlı mütəxəssis təkliflər aldığını da gizlətməyib: “Bir neçə təklif aldım. Bu normaldır. “Qalatasaray”la böyük uğurlar qazandığım üçün adımın bu komanda ilə hallanması da başadüşüləndir. Amma bundan sonra məni istəyən federasiyaya müraciət etməli olacaq”.


0