Subaşiç: “Vurduğum qollar yerinə düşdü”
27.10.2008 - 19:28
Subaşiç: “Vurduğum qollar yerinə düşdü”
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. “Bu qarşılaşmada üç xal qazandığımıza görə çox şadam. Belə bir oyunda iştirak etdiyim üçün məmnunam”. “APA-Sport”un məlumatına görə, bu sözləri Serbiyanın “Srvena Zvezda” klubunun və Azərbaycan yığmasının hücumçusu Branimir Subaşiç deyib.

Serbiya çempionatının hesabat turunda OFK ilə görüşdə (5:1) dubl edən Subaşiç bu qələbə ilə arxayınlaşmamağı məsləhət görüb: “Böyük hesablı qələbə sevindirici olsa da, bu hissləri tez atmalıyıq. Çünki sabah bizi “Borats”la kubok oyunu gözləyir. Bu artıq fərqli sınaqdır. Vurduğum qollar yerinə düşdü. Birinci qolda duyumum, ikincidə isə Koromanın hava ötürməsindən sonra mövqe seçib fərqləndim”.

Subaşiçə məhsuldar ötürmə edən Oqnen Koroman isə komanda yoldaşını serb futbolunun əfsanələrinə bənzədib. Vaxtilə millimizə qarşı oynamış yarımmüdafiəçi Subaşiçi mövqe seçimində Caiçə, ifaçılıq qabiliyyətində Saviçlə müqayisə edib.


0