“Neftçi” islahatlara başladı
28.10.2008 - 10:00
“Neftçi” islahatlara başladı
Bakı. Kənan Həsənov - APA-Sport. Tarixində ən ağır günlərini keçirən Bakının “Neftçi” klubunun rəhbərliyi sərt addımlara əl atıb. “APA-Sport”un məlumatına görə, az öncə baş məşqçiyə qarşı çıxan iki futbolçu - Rəşad Sadiqovla Elnur Allahverdiyev komandadan qovulub.

Onlar baş məşqçi Hans-Yurgen Gede tərəfindən əvəzedici heyətə göndərilmişdi. Bundan narazı qalan Sadiqovla Allahverdiyev məşqlərə qatılmaqdan imtina etmişdilər. Nəticədə “Neftçi” rəhbərliyi onların bu hərəkətini intizamsızlıq kimi qiymətləndirərək, hər ikisini komandadan birdəfəlik uzaqlaşdırmaq qərarına gəlib.

Komandanın almaniyalı çalışdırıcısı Gede türkiyəli legioner Ləvənt Kartopla Ruslan Abbasovu isə məşqlərə buraxmır.



0