AFFA-nın baş katibi Mişel Platini ilə görüşə gedib
28.10.2008 - 10:24
AFFA-nın baş katibi Mişel Platini ilə görüşə gedib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bu gün İsveçrənin Nyon şəhərində UEFA-ya üzv olan milli assosiasiyaların baş katiblərinin yığıncağı başlayır. “APA-Sport”un məlumatına görə, qitə futbol qurumunun prezidenti Mişel Platininin də qatılacağı tədbir iki gün davam edəcək. Sabah yekunlaşacaq yığıncaqda Azərbaycanı AFFA-nın baş katibi Elxan Məmmədov təmsil edir.
0