Futbol hakimini nokauta saldılar
28.10.2008 - 10:36
Futbol hakimini nokauta saldılar
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Rusiya çempionatının ikinci dəstəsində keçirilən “Soçi-04” – “Olimpiya” qarşılaşması qalmaqalla nəticələnib. “APA-Sport”un məlumatına görə, oyunu idarə edən Sergey Timofeyevdən narazı olan soçililərin səbr kasası hesab 1:3 olarkən daşıb. Qonaqların hesabda öndə olmasını həzm edə bilməyən Konstantin Kovalenko hakimin sifətinə elə yumruq atıb ki, yerə sərilib. Hakimlər otağına aparılan Timofeyev özünə gəlsə də oyunu davam etdirmək iqtidarında olmayıb. Onun meydana qayıtmaqdan imtina edən briqadasını birtəhər razı saldıqdan sonra görüş davam etdirilib. 25 dəqiqəlik fasilədən sonra bərpa edilən matçda baş hakimi laynsmanların biri əvəzləyib. Baş verənlərə görə, “Soçi-04”ü cərimə, Kovalenkonu isə uzun müddətli diskvalifikasiya gözləyir.
0