“Xəzər-Lənkəran”: 1904 klub arasında 10-cu!
28.10.2008 - 11:35
“Xəzər-Lənkəran”: 1904 klub arasında 10-cu!
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan Premyer Liqasının lideri “Xəzər-Lənkəran” cari mövsümdə dünyanın ən az qol buraxan 10 komandasından biridir. “APA-Sport”un hesablamalarına görə, keçirdiyi 9 qarşılaşmada cəmi 3 dəfə qapısında qol görən lənkəranlılar planetin 1904 klubu arasında 10-cu göstəriciyə malikdir.

Orta hesabla hər matçda 0,33 qol buraxan “Xəzər-Lənkəran” ən azı 5 çempionat matçında meydana çıxan komandaların siyahısında Avropanın 6-cı, postsovet məkanının ən yaxşı nəticəsinə malikdir. Siyahıya cəmi 1 top buraxan komandalar başçılıq edir ki, “Bejaya” (Əlcəzair) 8 görüş keçirməklə birinci pillədədir. İkinci və üçüncü yerləri müvafiq olaraq, 7 və 5 matç keçirən “Vidad” (Mərakeş) və “Anartosis” (Kipr) tutur.

Digər təmsilçimiz Bakının “İnter” klubu isə qəlbə seriyası ilə fərqlənir. Ardıcıl 5 oyundur xal itirməyən paytaxt komandası eyni nəticəyə malik daha 12 klubla birlikdə dünyada 13-cü göstəriciyə malikdir.


0