Sabah Azərbaycan kubokunda mübarizə başlayır
28.10.2008 - 13:56
Sabah Azərbaycan kubokunda mübarizə başlayır
Bakı. Mehman Süleymanov - APA-Sport. Sabah Azərbaycan kuboku uğrunda 1/8 final mərhələsinin ilk görüşlərinə start veriləcək. “APA-Sport”un məlumatına görə, Premyer Liqa klubları mübarizəyə bu mərhələdən qatıldığı üçün turnirə maraq artacaq. Düzdür, iştirakçılar arasında iki birinci divizion iki təmsilçisi də var ki, debütantlar Bakının “Qafqaz Universiteti” və Qubanın “Spartak” klubunun sensasiya doğuracağı inandırıcı görünmür.

29 oktyabr

20:00. “İnter” – “Standard”

Bakı. “Şəfa” stadionu. Baş hakim: Rövşən Əhmədov

15:00. “Qəbələ” – “Turan”
Qəbələ. Şəhər stadionu. Baş hakim: Elçin Məmmədov

15:00. “Neftçi” – MOİK
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Əfqan Həmzəyev

30 oktyabr

18:00. “Simurq” – “Spartak”

Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Rasim Məmmədov

20:00. “Olimpik” – “Karvan”
Bakı. “Şəfa” stadionu. Baş hakim: Anar Salmanov

15:00. “Xəzər-Lənkəran” – NBC
Lənkəran. Olimpiya İdman Kompleksinin stadionu. Baş hakim: Elçin Səmədli

15:00. “Bakı” – “Qafqaz Universiteti”
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Baş hakim: Fuad Həsənov

15:00. “Qarabağ” – “Bakılı”
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Baş hakim: Anar Niyazov

Xatırladaq ki, İntertoto kuboku ləğv olunduğu üçün gələn mövsüm UEFA kubokunda üç komandamız iştirak edəcək. Kubokun qalibinə üstünlük verildiyindən mübarizəyə birbaşa ikinci mərhələdən qoşulacaq. Bu isə turnirin çəkisini artırır. Azərbaycan kubokunun son iki mövsümdə qalibi “Xəzər-Lənkəran” olub.





0