Aurelio “Fənərbaxça”dan küsübmüş
28.10.2008 - 14:00
Aurelio “Fənərbaxça”dan küsübmüş
Bakı - APA-Sport. “İspaniyanın “Betis” klubunu seçməyim maliyyə məsələsi ilə bağlı deyil. Çünki burada az qazanıram. Mən sadəcə, daha güclü çempionatda oynamaq istəyimi reallaşdırdım”. “APA-Sport”un məlumatına görə, bu sözləri Türkiyə yığmasının və İspaniyanın “Betis” klubunun üzvü Mehmet Aurelio söyləyib.

Braziliya əsilli müdafiəçi keçmiş komandası “Fənərbaxça”da qalmaq istədiyini, amma rəhbərliklə razılığa gələ bilmədiklərini etiraf edib: “Klub prezidenti Əziz Yıldırımla görüşdüm. Bir müddət gözlədim. Çünki qalmaq istəyirdim. Amma nədənsə razılıq əldə olunmadı. Hazırda İspaniyada xoşbəxtəm və gələcəkdə necə olacağını Allah bilir”.

Aurelio deyilənlərin əksinə, “Fənərbaxça”da onu layiqincə əvəzləyəcək futbolçuların olduğunu vurğulayıb: “Mən belə problemin olduğunu düşünmürəm. Bu haqda müzakirələrin aparılmasından da üzülürəm. “Fənərbaxça” hazırda çətin günlər keçirir. Amma komandanın heyətində səviyyəli futbolçular çoxdur. Onların zamana ehtiyacları var”.
0